"Qızıl Top"da ilk üçlüyə düşən ən gənc namizəd
23 sentyabr 2025 11:54 (UTC +04:00)

"Qızıl Top"da ilk üçlüyə düşən ən gənc namizəd

0

18 yaşlı ispaniyalı hücumçu, “Barselona” nın oyunçusu Lamin Yamal, “Qızıl top” səsverməsinin tarixində ilk üçlüyə düşən ən gənc futbolçu olub.

Lent.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, Yamal ikinci yeri tutub. Nəticələrin açıqlanması zamanı ispan futbolçunun yaşı 18 il 71 gün idi.

Qeyd edək ki, Yamal 21 yaşa çatmamış ən yaxşı gənc futbolçuya verilən “Raymon Copa” mükafatının da sahibi olub. Bu, onun ardıcıl olaraq ikinci belə mükafatıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar