İsmayıllı rayonunun Kürdeldarbəyli kəndi ərazisində yol qəzası baş verib.
Lent.az xəbər verir ki, sentyabrın 23-də saat 15 radələrində Gideyli kəndi istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə 35 yaşlı sürücü Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.(APA)