Azərbaycanda müəllimləri   daşıyan avtobus aşdı -  13 yaralı var  - YENİLƏNİB
24 sentyabr 2025 11:00 (UTC +04:00)

Azərbaycanda müəllimləri daşıyan avtobus aşdı - 13 yaralı var - YENİLƏNİB

0

Gədəbəydə baş verən yol qəzasında 13 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Gədəbəy-Şəmkir yolunda qeydə alınıb.

Xəsarət alanlar - M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə edilib.

***
10:05

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Gədəbəy-Şəmkir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes "markalı mikroavtobusla "VAZ" markalı minik maşını toqquşub. Qəzada sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirililib.

Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1030

Oxşar yazılar