Portuqaliya baş məşqçisinin  evi qarət olundu - 1 milyonluq OĞURLUQ
24 sentyabr 2025 13:44 (UTC +04:00)

Portuqaliya baş məşqçisinin evi qarət olundu - 1 milyonluq OĞURLUQ

0

Portuqaliya futbol yığmasının baş məşqçisi Roberto Martinesin Kaşkaydakı evi qarət olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə sentyabrın 20-də baş verib. Ehtimal olunur ki, quldurlar Martinesin evinə mətbəxdən daxil olublar və zərgərlik məmulatlarını, həmçinin “ən azı 12 bahalı saatı” oğurlayıblar. Cinayət nəticəsində baş məşqçiyə ümumilikdə 1 milyon dollardan çox ziyan dəyib.

Hadisə baş verən vaxt mühafizəçi zirzəmidə işləyib və cinayətkarların evə daxil olduğunu görməyib. Baş məşqçi ailəsi ilə birlikdə həmin vaxt evdə olmayıb.

52 yaşlı Martines 2023-cü ildən Portuqaliya yığmasına rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar