“Azerçay”ın keçirdiyi lotereyanın növbəti qalibləri məlum oldu
05 yanvar 2022 13:32 (UTC +04:00)

“Azerçay”ın keçirdiyi lotereyanın növbəti qalibləri məlum oldu

“Azerçay” markası tərəfindən təşkil edilən “Doğma çayınızdan qazandıran
lotereya”nın ikinci tirajı baş tutub. Lotereyada dekabr ayı ərzində “Azerçay” alaraq
müraciət edən şəxslər iştirak ediblər. ATV telekanalında canlı yayımlanmış
lotereyada uduş fonduna daxil olan 6 Nissan X-Trail avtomobilindən daha ikisi və
yüzə yaxın müxtəlif hədiyyə sahibini tapıb. 1 dekabr-31 dekabr tarixləri arasında
uduşlu “Azerçay” alaraq 2-ci tirajda iştirak etmiş və avtomobilləri qazanmış kupon
nömrələri aşağıdakı kimidir:

Qeyd edək ki, 15 oktyabr 2021 – 31 yanvar 2022 tarixləri arasında keçirilən
stimullaşdırıcı “İlin qazananı sən ol” lotereyasında iştirak etmək isə çox asandır.
Bunun üçün marketlərdən uduşlu “Azerçay” məhsulu almaq, qutunun qapağının
altındakı şifrəni ad, soyad və yaşayış yeri ilə birlikdə Azercell və Bakcell
nömrələrindən 8825-ə göndərmək, nəticələr elan olunana qədər qutunu saxlamaq
lazımdır. Xatırladaq ki, stimullaşdırıcı lotoreyanın üçüncü tirajı 1 fevral 2022-ci il
tarixində “Azad Azərbaycan” telekanalında saat 19:00-da keçiriləcək. Lotereyanın
nəticələri canlı yayımda, mətbu orqanlarda, sosial media platformalarında və
dogmacay.az saytında elan ediləcək.

2-ci tirajın nəticələri ilə DOGMACAY.AZ və “Azerçay” markasına məxsus sosial
media hesablarında tanış ola bilərsiniz.

# 10614
avatar

Oxşar yazılar