Co Bayden
08 yanvar 2022 09:36 (UTC +04:00)

Co Bayden

ABŞ Rusiya qarşı sərt sanksiyalardan çəkinir: SƏBƏBLƏRİ AÇIQLANDI

Bayden administrasiyası qorxur ki, Rusiyaya qarşı sərt sanksiyalar ABŞ-ın və onun müttəfiqlərinin iqtisadiyyatını ağır nəticələrlə təhdid edə bilər. 

Lent.az xəbər verir ki, bu barədə CNN ABŞ Dövlət Departamentinin və Maliyyə Nazirliyinin mütəxəssislərinə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, prezident Co Baydenin administrasiyası Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Vaşinqtonun Moskvaya qarşı tətbiq etməyə hazır olacağı sanksiyalar toplusu ilə bağlı hələ qərar verməyib. 

Onların fikrincə, məhdudlaşdırıcı tədbirlər Rusiyanın bank və enerji sektorlarına təsir göstərə bilər. Rusiyanın beynəlxalq banklararası məlumat ötürülməsi sistemindən ayrılması və SWIFT ödənişlərinin həyata keçirilməsi və ixraca nəzarətin gücləndirilməsi imkanları nəzərdən keçirilir.

O da vurğulanıb ki, Vaşinqtonun Moskvaya qarşı sərt tədbirlər görməsinin ABŞ-ın özünə, eləcə də müttəfiqlərinə iqtisadi ziyan vura biləcəyindən ehtiyat edirlər:

“Sərt sanksiyalar ümumilikdə dünya iqtisadiyyatlarına zərər vura, qaz qiymətlərinin qalxmasına səbəb ola və Avropanın Rusiya ilə ticarət, habelə investisiya əlaqələrini poza biləcəyini deməyə əsas verir. Bundan əlavə, administrasiya anti-Rusiya tədbirlərinin “mənfi nəticələrinin” ABŞ-da “bumeranq” yarada biləcəyindən ehtiyat edir”.
 

# 1578
avatar

Rəsul SARI

Oxşar yazılar