3 ayda 800 ipoteka krediti verilib
03 sentyabr 2009 15:15 (UTC +04:00)

3 ayda 800 ipoteka krediti verilib

Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına maliyyələşən mənzillərin yarıya qədəri avqust ayında alınıb

“Son bir neçə ayda Azərbaycanda ipoteka kreditləşməsi prosesi xeyli yüksəlib və bu temp indi də davam edir. Bu il kreditləşməyə başlayandan bəri 800-ə yaxın ipoteka krediti verilib. Bunun yarıya qədəri təkcə avqust ayının payına düşür”.

Lent.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov ötən 8 ayın nəticələrinə dair keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, 800 borcalana verilmiş ipoteka kreditlərinin məbləği 110 min manata yaxın olub.

Elman Rüstəmov ipoteka kreditləşməsinin dayanacağı barədə məlumatların yalan olduğunu, əksinə, bu proqramın bir qədər də genişlənəcəyini bildirib. Onun fikrincə, ipoteka kreditləşməsinin davam etdirilməsi iqtisadiyyatın bir çox sahələrinə, xüsusən də tikinti, mənzil və əmək bazarına ciddi təsir edir: “İpoteka kreditlərinin verilməsi mütləq davam etdiriləcək və bu, genişlənməlidir. 1 iyun 2009-cu il tarixindən ölkədə ipoteka kreditləşməsi bərpa olunduqdan sonra 800-ə yaxın ipoteka krediti alıb. Nəticədə təxminən 3000-ə yaxın vətəndaş öz yaşayış-mənzil şəraitinin yaxşılaşdıra bilib”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar