İntihar edən arvadının meyitini  dondurucuda gizlətdi
14 aprel 2025 16:28 (UTC +04:00)

İntihar edən arvadının meyitini dondurucuda gizlətdi

Yaponiyalı kişi intihar etdikdən sonra həyat yoldaşını dondurucuda gizlədib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, aprelin əvvəlində polis Şiqa prefekturasının Naqahama şəhərindəki evdə dondurucuda paltarlı, donmuş qadın tapıb. 

Ölümün dəqiq səbəbi hələ də müəyyənləşdirilir. Daha sonra qadının Osaka prefekturasının Sakai şəhərindən olan 57 yaşlı Mariko Nonaka olduğu müəyyən edilib. Müstəntiqlər onun əri, 63 yaşlı Hideki Nonakanı saxlayıblar.

Şiqa polisi daha iki kişini də saxlayıb: 49 yaşlı Tatsuhiko İvase və dondurucu olan evin sahibinin işsiz atası Koişiro İvase. Nonaka, ehtimal ki, Tatsuhikonun dayısıdır. Hər üç şəxs meyiti gizlətməkdə ittiham olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892

Oxşar yazılar