Gəncədə 6 nəfər qidadan zəhərləndi  - YENİLƏNİB
15 aprel 2025 10:55 (UTC +04:00)

Gəncədə 6 nəfər qidadan zəhərləndi - YENİLƏNİB

Aprelin 14-də saat 18:20-dən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər (4 qadın, 2 kişi cinsli) hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi və kəskin qastrit diaqnozları təyin edilən şəxslərə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", məlumatda deyilir.

***
14 aprel, saat: 20:28

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərdə fəaliyyət göstərən obyektlərin birində qeydə alınıb.

Belə ki, 20 yaşlı Fuad Cabbarov, 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 24 yaşlı Jalə Tamirazova,18 yaşlı Nigar Quliyeva və 5 yaşlı Emin Namazov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətinin kafi odluğu bildirilir.

Məlumata görə onlar qidadan zəhərləniblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1350

Oxşar yazılar