Bulvarda dənizdə batanın  meyiti tapıldı
15 aprel 2025 18:14 (UTC +04:00)

Bulvarda dənizdə batanın meyiti tapıldı

Aprelin 14-də Dənizkənarı Milli Park yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 kilometr aralı, nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1 nəfərin axtarışları yekunlaşıb. 

Lent.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar