Bakıda atasının silahı ilə özünü güllələyən oğlanın tələbə olduğu məlum olub.
Lent.az xəbər verir ki, intihar edən Nihad Məmmədli Azərbaycan Texniki Universitetinin tələbəsi olub.
***
Saat 09:40
Bakıda dəhşətli intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.
18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb. Evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq, götürülüb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.