Çəkiclə başına vurub öldürdü
15 aprel 2025 13:40 (UTC +04:00)

Çəkiclə başına vurub öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində 18 yaşlı oğlan 40 yaşlı kişini çəkiclə başına vuraraq, öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə aprelin 14-nə keçən gecə Belqradskaya küçəsindəki 22k1 saylı evin yaxınlığında baş verib. Gənclə kişi arasında münaqişə baş verib və bu zaman gənc oğlan rəqibinin başına çəkiclə zərbə endirib. Bundan sonra özü hadisə yerinə təcili yardım çağırıb. O, özünümüdafiə məqsədilə kişini vurduğunu deyib.

Zərərçəkmiş şok və ağır alkoqol sərxoşluğu vəziyyətində tibb müəssisəsinə aparılıb. Həkimlər onu xilas edə bilməyiblər.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar