“Real”ın məşqində  MÜNAQİŞƏ:   İki futbolçu...
15 aprel 2025 18:48 (UTC +04:00)

“Real”ın məşqində MÜNAQİŞƏ: İki futbolçu...

"Real"ın məşqi zamanı almaniyalı müdafiəçi Antonio Rudiqer və ingilis yarımmüdafiəçi Cud Bellinqem arasında münaqişə baş verib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, səbəb futbolçulardan birinin sərt çıxışı olub.

Qeyd edilir ki, Rudiqerlə Bellinqem az qala dalaşsın və digər futbolçular onları ayırıb. Sonda onlar əl sıxıblar.

Aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində Madrid "Real"ı Londonun "Arsenal" klubunu qəbul edəcək. İlk oyun ingilis klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar