ƏHALİYƏ ŞAD XƏBƏR:  İstiliyin verilmə müddəti uzadıldı
15 aprel 2025 14:06 (UTC +04:00)

ƏHALİYƏ ŞAD XƏBƏR: İstiliyin verilmə müddəti uzadıldı

"Mövcud hava şəraiti nəzərə alınmaqla soyuq günlərdə "Azəristiliktəchizat" ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri işləyəcək".

Lent.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.

O bildirib ki, istilik təminatı daha bir neçə gün davam edəcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandırmalı idi.

Xatırladaq ki, Azərbaycanda istiliyin verilmə müddəti noyabrın 15-dən aprelin 15-nə qədərdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028

Oxşar yazılar