"Real"ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə rəhbərlik etmək təklifi aldığını təsdiqləyib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, o, hər gün işləməyə can atdığını, ona görə də təklifi qəbul etmədiyini bildirib.
"İstədiyimi hiss etmədiyim üçün imtina etdim. Hər gün bazada olmaqdan, məşqə hazırlaşmaqdan çox zövq alıram.
Milli komandada işləmək mənə yarımçıq iş kimi görünür, ona görə də həvəsimi bir qədər itirəcəkdim. Səbəb budur", - Ançelotti söyləyib.
Məlum olduğu kimi, Dorival Junior bir müddət əvvəl Braziliya millisinin baş məşqçi postunu tərk edib. Onun rəhbərliyi altında komanda 16 oyun keçirib, yeddi qələbə qazanıb. Onun hesabında altı heç-heçə və üç məğlubiyyət də var.