Məhkəmə Azər Zahidlə bağlı qərar verdi
15 aprel 2025 13:37 (UTC +04:00)

Məhkəmə Azər Zahidlə bağlı qərar verdi

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb.

Lent.az xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb.

Bundan başqa, "TikTok" əməliyyatları nəticəsində saxlanılan “TikToker” Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Azər Zahid və digər şəxslərə qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1249

Oxşar yazılar