Bakıda küçədən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, 4-cü Aşırım küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Anar Əmiraslan oğlu Aslanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti adıçəkilən küçədə aşkar edilib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.