Bu dezodorant  səssizcə sağlamlığınızı MƏHV EDİR
14 aprel 2025 14:24 (UTC +04:00)

Bu dezodorant səssizcə sağlamlığınızı MƏHV EDİR

Evimizdə demək olar ki, hər kəsin istifadə etdiyi bu dezodorant sağlamlıq üçün gizli təhlükə daşıyır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, gigiyena vasitələrinin tərkibindəki bir ümumi maddə ciddi narahatlıq doğurur.

Söhbət hansı maddədən gedir?

Söhbət alüminium birləşmələri ehtiva edən antiperspirantlardan gedir. Bu maddələr tərlə bezdirici qoxunu aradan qaldırmaq üçün tər vəzilərini müvəqqəti olaraq bağlayır, amma elmi dairələrdə bu üsulun təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır.

Alüminium bədənə necə daxil olur?

Alüminium əsaslı antiperspirantlar tər vəzisinin axarlarını "gel kimi tıxaclarla" bağlayır və tərin dəridən çıxmasına mane olur. İstehsalçılar dəridən keçən alüminium miqdarının az olduğunu bildirsə də, bu məhsullardan davamlı və uzunmüddətli istifadə nəticəsində orqanizmdə toplanması mümkündür.

Niyə alüminium təhlükəli sayılır?

Alimlər və həkimlər arasında alüminiumun potensial zərərləri ilə bağlı fikir ayrılıqları olsa da, bəzən narahatedici nəticələrə işarə edən tədqiqatlar mövcuddur:

Süd vəzi xərçəngi riski

Ən ciddi narahatlıq - alüminium ehtiva edən antiperspirantların süd vəzi xərçəngi ilə əlaqəsidir. Bəzi tədqiqatlar göstərib ki, xərçəng diaqnozu qoyulmuş qadınlarda süd vəzisində artmış alüminium konsentrasiyası müşahidə olunub. Alüminiumun hormonal balansı dəyişə biləcəyi və ya xərçəngə səbəb ola biləcəyi ehtimal olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, bu vasitələr süd vəzinə çox yaxın dəriyə tətbiq olunur.

Alzheimer xəstəliyi

Alüminiumun yığılması ilə Alzheimer xəstəliyi arasında da əlaqə ola bilər. Bu, yaddaş itkisi və idrak problemlərinə səbəb olan nevrodejenerativ bir xəstəlikdir. Bəzi araşdırmalar Alzheimer xəstələrinin beynində artıq alüminium olduğunu göstərib. Lakin bu sahədə daha dərin araşdırmalara ehtiyac var.

Böyrəklərə təsiri

Böyrəklər alüminiumun bədəndən çıxarılmasına cavabdehdir. Xüsusilə böyrək çatışmazlığı olan insanlarda alüminiumun toplanması ciddi problemlərə – beyin pozğunluqları (ensefalopatiya), sümük yumşalması (osteomalasiya) – səbəb ola bilər. Sağlam insanlarda belə, çoxlu miqdarda alüminium böyrəklərə əlavə yük yaradır.

Dəriyə və allergiyaya təsiri

Alüminium tərkibli maddələr dəri qıcıqlanması, qaşınma, qızartı və allergik reaksiyalar da yarada bilər. Bu, xüsusilə həssas dəriyə və ya təraşdan sonra tətbiq edildikdə müşahidə olunur.

Digər təhlükəli maddələr

Alüminiumdan əlavə, bəzi dezodorantlarda digər zərərli maddələr də olur:

Parabenlər – Konservant kimi istifadə olunur. Hormonal balansı poza biləcəyi düşünülür.

Triklosan – Antibakterial maddədir, endokrin sistemə mənfi təsir edə və antibiotiklərə davamlılıq yarada bilər.

Ftalatlar – Ətrin qalıcı olmasını təmin edir, lakin kişi reproduktiv funksiyasına zərər verə bilər.

Propilenqlikol – Həssas dəridə allergiya və qıcıqlanma yarada bilər.

Süni ətirlər – İstehsalçılar tərkibi açıqlamır, allergik və qıcıqlandırıcı təsirə malik ola bilər.

Necə daha təhlükəsiz dezodorant seçmək olar?

Sağlamlığınızı qorumaq üçün aşağıdakılara diqqət edin:

Alüminiumsuz (aluminum-free) dezodorant seçin

"Paraben-free", "Triclosan-free", "Phthalate-free" kimi etiketlərə baxın.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116

Oxşar yazılar