Balakəndə piyadanı avtomobil vuraraq öldürüb.
Lent.az xəbər verir ki, hadisə günorta saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral avtomobil yolunda, Balakən rayonu Katex kəndi ərazisində baş verib.
Balakən rayon sakini, Ramazanov Şaban Çingizxan oğlu idarə etdiyi KİA markalı minik avtomobili ilə 50 yaşlı Nazxanım Qallaçiyevanı vurub.
Müxtəlif xəsarətlər alan N. Qallaçiyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
O, xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.