Yeniyetmə valideynlərini güllələdi,  Trampı da öldürüb   Ukraynaya qaçacaqmış
14 aprel 2025 19:09 (UTC +04:00)

Yeniyetmə valideynlərini güllələdi, Trampı da öldürüb Ukraynaya qaçacaqmış

17 yaşlı oğlan əslən Moldovadan olub. Trampın öldürülməsindən sonra o, Ukraynaya qaçmağı planlaşdırıb.

ABŞ-da 17 yaşlı yeniyetmə valideynlərini öldürüb, sonra isə ABŞ prezidenti Donald Trampı öldürməyi planlaşdırıb.

Lent.az bildirir ki, bu barədə CNN və Independent Federal Təhlükəsizlik Bürosuna istinadən məlumat yayıb.

17 yaşlı Nikita Kasap müstəntiqlərin tapdığı mesajlarda prezident Trampın öldürülməsinə və ABŞ hökumətinin devrilməsinə çağırıb.

Uşağın valideynləri - anası Tatyana Kasap və ögey atası Donald Mayer öz evlərində ölü tapılıb. Ana qarın və boyun nahiyəsindən, ögey ata isə başından güllə yarası alıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar fevralın 11-də öldürülüb.

İddialara görə, gənc fevralın 23-dək evdə valideynlərinin cəsədləri ilə yaşamağa davam edib. Bundan sonra o, bütün pulları və qızıl-zinət əşyalarını götürərək valideynlərinin avtomobili ilə qaçıb.

Prokurorlar deyirlər ki, Kasap Trampın öldürülməsinə və digər terror aktlarına çağıran manifest yazıb. Məqsəd, onun manifestində qeyd olunduğu kimi, siyasi inqilabı alovlandırmaq və ağların üstünlüyünü təşviq etmək olub.

Bir sinif yoldaşı müstəntiqlərə deyib ki, Kasap Rusiyada Telegram vasitəsilə kimsə ilə əlaqə saxladığını və Trampı öldürmək və Amerika hökumətini devirmək planı hazırladıqlarını söyləyib.

17 yaşlı oğlan əslən Moldovadan olub. Trampın öldürülməsindən sonra o, Ukraynaya qaçmağı planlaşdırıb. Telegram mesajlarından birində o, "Ukraynada normal həyat sürə biləcəyəmmi? Bunu etdiyimi biləndə belə?"
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161

Oxşar yazılar