"Mançester Yunayted" klubu antirekordlar vurmağa davam edir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bir gün əvvəl “Nyukasl” mankunianları məğlub etməyi bacarıb, beləliklə, ikincilər artıq bir mövsümdə 14 məğlubiyyətlə Premyer Liqanın antirekordunu təkrarlayıblar.
Üstəlik, mövsümün bitməsinə altı tur qalmış Amorimin rəhbərlik etdiyi komandanın cəmi 38 xalı var və hələ də qazana biləcəkləri maksimum xal 56-dır.
“Mançester Yunayted” Premyer Liqa tarixində heç bir mövsümü 58 xaldan aşağı başa vurmayıb. Komanda bu antirekordu 2021/22 mövsümündə müəyyən edib.