Bakıda tələbə qız özünü 15-ci mərtəbədən ATDI  - YENİLƏNİB
15 aprel 2025 09:43 (UTC +04:00)

Bakıda tələbə qız özünü 15-ci mərtəbədən ATDI - YENİLƏNİB

Bakıda özünü binadan atan tələbə qızın kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, 18 yaşlı Ağcabədi rayon sakini Balaxanım İbadət qızı Əliyevadır. Ancaq tələbənin hansı səbəblə özünü öldürdüyü bilinmir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

***
14 aprel, saat: 23:04

Bakının Nəsimi rayonunda intihar hadisəsi olub.

Lent.az Bakupost.az.-a istinadən xəbər verir ki, hadisə Şövqiyyə Abdullayeva küçəsi, 23 ünvanında baş verib. Burada yaşayan birinci kurs tələbəsi özünü 15-ci mərtəbədən atıb.

Tələbə hadisə yerində keçinib.

Qeyd edək ki, o, həmin binada 3 qızla bərabər kirayədə qalırmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3028

Oxşar yazılar