Braziliyalı voleybolçu Priscila Oliveyra Heldes 5 aylıq hamilə ikən oyunda iştirak edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Heldes Braziliya çempionatının dörddəbir final pley-off seriyasında "Fluminenses"də çıxış edib. O, artıq Braziliya millisinin baş məşqçisi kimi uğur qazanıb.
"33 yaşlı braziliyalı qadının hamilə qarnı ilk baxışdan çox nəzərə çarpsa da, öz fantastik hərəkətləri ilə tamaşaçıları heyran edib", - məlumatda deyilir.
Lakin onun komandası “Sesi-Bauru”ya 2:1 hesabı ilə uduzaraq pley-offdan kənarlaşdırılıb.