17 kilometrlik yolda 11 körpü, 1 keçid tikilir
Bakı-Samur magistral avtomobil yolunun 27-45 kilometrlik hissəsinin tikinti 3-4 aya yekunlaşacaq
“Sumqayıt dairəvi yol”u kimi tanınan Bakı-Samur magistral avtomobil yolunun 27-45 kilometrlik hissəsinin tikintisi ilin sonunadək başa çatdırılacaq. Hazırda yolda tikinti işlərinin 50-60 faizi yerinə yetirilib.
“Azəryolservis” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, yolun 17 kilometr uzunluğu olan bu hissəsində hərəkət zolaqlarının sayı 4-dür. Hər zolağın eni 3,75 metrdir. Bütün zolaqlarla 27,5 metr eni olan yol keyfiyyətinə görə I texniki dərəcəli sayılır.
Pünhan Mürsəliyev bildirib ki, layihəyə əsasən, magistral yolun 27-45 kilometrlik hissəsində 1 heyvan keçidinin, 11 körpünün tikintisi nəzərdə tutulur. Onun sözlərinə görə, artıq 1 heyvan keçidi və 8 körpünün tikintisi başa çatmaq üzrədir. Qalan 3 körpüdə isə tikinti işlərinin 50 faizə qədəri görülüb.
Xatırladaq ki, avtomobil yolunun tikintisi üzrə podratçı İtaliyanın “Todini” şirkətidir. Yola texniki nəzarət işlərini Türkiyənin “Təməlsu” firması yerinə yetirir.
Elxan SALAHOV

891