Azərbaycanda enerji istehlakı rekord səviyyədə azalıb
31 avqust 2009 12:02 (UTC +04:00)

Azərbaycanda enerji istehlakı rekord səviyyədə azalıb

Keçən ilin anoloji dövrüylə müqayisədə 18,6 faiz azalma olub

Bu ilin 7 ayı ərzində ümumilikdə 2,3 milyard kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib.
Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə isə bu göstərici 2,9 milyard kilovatsaata yaxın olub. Yəni, istehlak 536 milyon kilovatsaatdan çox (18,6%) azalıb.
Ümumi ödəniş 86,8% olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7,3% çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 296,6 milyon kilovatsaat azalaraq, 781,8 milyon kilovatsaata yaxın olub. Ödəniş isə mütləq 4,9% artaraq, 88,7%-ə çatıb.

Cari ilin 7 aylıq yekununda “Şirvan” və “Mingəçevir” ŞEŞ-ləri, “Ağstafa”, “Ucar”, “Göyçay” və “Hacıqabul” PEŞ-ləri ümumi ödənişdə (debitor borcları nəzərə alınmaqla) 100 faizdən yuxarı göstərici əldə ediblərr. Ümumiyyətlə, ən yüksək göstərici “Şirvan” ŞEŞ-də (109,1%), ən aşağı isə “Ağdam” PEŞ-də (66,4%) qeydə alınıb.

Qeyd edək ki, Azərenerji” ASC-nin Enerji Təchizat idarəsindən Səhmdar Cəmiyyəti üzrə cari ilin iyul ayında 339,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. 2008-ci ilin müvafiq dövründə isə bu göstərici 374,3 milyon kilovatsaata yaxın olub. Ümumi ödəniş 92% olub. Ötən ilin müvafiq dövründə isə bu göstərici 81% olub. Yəni, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin iyul ayında istehlak 9,3% və yaxud da 35 milyon kilovatsaat azalıb, ödəniş 2,9% artıb.
Daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 min kilovatsaat azalaraq, 99,9 milyon kilovatsaatdan artıq olub. Ödəniş 94,5% olub ki, bu da ötən ilin müvafiq dövründən mütləq 8,1% çoxdur.

Cari ilin iyul ayında “Mingəçevir” və “Şirvan” ŞEŞ-ləri, “Ağstafa”, “Şamaxı” və “Tərtər” PEŞ-ləri ümumi ödənişdə 100% və ondan yuxarı nəticə əldə edilib. Eyni zamanda “Biləsuvar” PEŞ-də (99,9%), 8 PEŞ-də 96% və 11 PEŞ-də isə 90%- dən yuxarı olub. Ümumiyyətlə, ən yüksək göstərici “Mingəçevir” ŞEŞ-də (111,9%), ən aşağı isə “Masallı” PEŞ-də (73%) qeydə alınıb.

Daimi əhali istehlakçı qrupu üzrə ödənişdə “Şirvan”, “Mingəçevir” və “Gəncə” ŞEŞ-ləri, “Yevlax”, “Şamaxı”, “Zərdab”, “Qazax”, “Tərtər”, “Göyçay”, “Ağcabədi”, “Bərdə”, “Şəmkir”, “Beyləqan”, “Ağdaş”, “Tovuz” və “Samux” PEŞ-ləri 100% və debitor borcu hesabına ödənişlər nəzərə alınmaqla ondan yuxarı, “Kürdəmir” və “Ağdam” PEŞ-ləri 100%-ə yaxın (müvafiq olaraq 99,8%, 99,5%), 9 PEŞ-də isə 95%-dən yuxarı nəticə əldə ediblər. Başqa sözlə, ən yüksək göstərici “Mingəçevir” ŞEŞ-də (debitor borcların ödənişləri nəzərə alınmaqla 125,9%), ən aşağı göstərici isə “Cəlilabad” PEŞ-də (69,4%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1145

Oxşar yazılar