Bakıdakı yeni göydələnlərdə 3 otaqlı mənzillər üstünlük təşkil edir
Keçən ay yeni tikililərin sayı keçən aydakı 484 ədədə qarşı 488 ədəd olub
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi ilkin mənzil bazarında apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb. Təşkilatdan Lent.az-a verilən məlumata görə, bu ilin iyul ayının sonuna Bakı şəhəri üzrə “ƏBİ” İB tərəfindən qeydə alınmış, tikintisi davam etdirilən yeni tikililərin sayı keçən aydakı 484 ədədə qarşı 488 ədəd olub. Ay ərzində 1 binada son satış tamamlandığı üçün tikintisi aparılan binaların siyahısından çıxarılıb. Bu bina Nərimanov rayonunda qeydə alınıb. İyulda Nizami rayonunda 2 yeni binanın təməli qoyulub, 3 bina isə (Yasamal rayonunda) ay ərzində monitorinq qrupunun siyahısına daxil edilib.
Yuxarıda qeyd edilən 488 binanın inşası 177 tikinti təşkilatı tərəfindən aparılır. Qeyd edək ki, keçən ay 484 binanın tikintisi 173 tikinti şirkəti tərəfindən həyata keçirilirdi.
Ən çox yeni tikili əvvəlki ayda olduğu kimi Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üç rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,8% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib.
Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti iyul ayı ərzində daha 0,3% azalaraq 947 $/kv.metrdən 944 $/kv.metrə enib. Orta qiymətə uyğun olaraq qiymət indeksi də 1,1 bənd azalaraq 358,3 bəndində qərarlaşıb. Qiymət azalması ötən ay olduğu kimi, qiyməti nisbətən baha olan binalarda qeydə alınıb. Bu isə iqtisadi böhrana baxmayaraq, satış qiymətlərini endirmək istəməyən bəzi tikinti şirkətlərinin yay mövsümü ilə əlaqədar olaraq qiymət siyasətinə yenidən baxması nəticəsində qeydə alınıb.
Şəhər üzrə tikintisi aparılan binalarda orta mənzil sahəsi keçən aydakı nəticədən (0,3%) azalaraq 122 kv.m-ə enib. Orta blok göstəricisi ötən ay olduğu kimi 2,3 blok təşkil edib, orta mərtəbə göstəricisi də ötən ayla müqayisədə dəyişməz qalıb və 15 mərtəbə təşkil edib.
İyul ayında ilkin bazar üzrə əvvəlki ayla müqayisədə yalnız Yasamal rayonunda qiymət artımı (2,7%) baş vermişdir. Şəhər üzrə orta qiymətin azalmasına baxmayaraq, Səbail (2,8%) və Nərimanov (1%) rayonlarında qiymət artımı qeydə alınıb. Qalan rayonlarda isə qiymətlər stabil qalıb.
İpoteka kreditlərinin verilməsi ayın əvvəllərində ilkin bazarda nisbi aktivlik yaratsa da, bu özünü qiymətlərdə və bağlanan əqdlərin dinamikasında göstərməyib. İyul ayının ikinci həftəsindən etibarən bazarda daha kəskin passiv tendensiya müşahidə olunub.
Yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edir. 5 otaqlı mənzillər əsasən şəhərin I zonasında yerləşir. 1 otaqlı mənzillər isə daha çox III zonanın payına düşür. May ayında 1 otaqlı mənzillərin orta sahəsi 60,8 kvadrat metr (dəyişməyib), iki otaqlı mənzillərin orta sahəsi 93,2 kvadrat metr (dəyişməyib), 3 otaqlı mənzillərin orta sahəsi 133,2 kvadrat metr (artım 0,1%), 4 otaqlı mənzillərin orta sahəsi 183,5 (azalma 0,4%), 5 otaqlı mənzillər üzrə isə orta sahə 253,6 (dəyişməyib) kvadrat metr təşkil edib.

841