Bakıda kommersiya tipli obyektlərin qiyməti ucuzlaşıb
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) qeyri-yaşayış sahələri bazarında apardığı monitorinqin nəticələrini açıqlayıb. Lent.az-ın məlumatına görə, iyul ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası iyun ayına nisbətən bir qədər də azalıb.
İyul ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 0,3%, icarə qiymətlərində 1,3% qiymət azalması qeydə alınıb. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) iyunda qeydə alınan 3019 ABŞ dollarından 3011 dollara qədər azalıb. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 2,9% təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 16,8% aşağı enib.
İyulda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 1,7% artıb. Təklifin artmasına səbəb kimi bazara əsasən boş yerlərdən ibarət kommersiya obyektlərinin daxil olması göstərilir. Qeyri-yaşayış sahələri üzrə aparılan əməliyyatlar üzrə ekspozisiya müddətinin artım tempi 2,9% təşkil edib. Buna müvafiq olaraq bazarda ekspozisiya müddətinin artımı risk dərəcəsini də yüksəldib.
Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə bütün zonalar üzrə qiymət azalmasının baş verdiyi məlum olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında orta qiymətlərdə Qaradağ, Əzizbəyov, Nəsimi və Nərimanov rayonlarında artım (müvafiq olaraq 2%, 0,6%, 0,6% və 0,5%), digər rayonlarda isə azalma müşahidə edilib. Ən çox qiymət azalması Binəqədi rayonunda (-8,5%) qeydə alınıb.

819