Rusiya aviaşirkətlərinin təyyarələri “qara siyahı”da
Avropaya uçuşu qadağan edilən 100 şirkətin adı açıqlanıb
“Aeroflot” da daxil olmaqla, Rusiyanın 100 aviaşirkətinə 2012-ci ildən Avropa Birliyi ölkələrinə uçuşlar həyata keçirmək qadağan olunacaq.
Lent.az-ın “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ekoloji normalarla bağlı Avropa Birliyinin tərtib ediyi siyahıda həmin aviaşirkətlərin adları yer alıb.
Avropa Birliyinin siyahısında, Avropa və ABŞ şirkətləri də daxil olmaqla, 4 minə yaxın avıiaşirkətin adı var. 2012-ci il yanvarın1-dən Avropa Birliyi ölkələrinə uçuşlar həyata keçirən şirkətlərin təyyarələri atmosferə atılan karbon-oksid qazı ilə bağlı müəyyənləşdirilən normalara uyğun olmalıdır.
Əgər 2012-ci il yanvarın 1-dən Avropa Birliyi ölkələrinə uçan hansısa aviaşirkətin təyyarəsinin bu normaya uyğun gəlmədiyi aşkarlanarsa, ilk mərhələdə cərimə sanksiyası tətbiq olunacaq, növbəti qayda pozuntuları zamanı ümumiyyətlə, həmin şirkətin təyyarələrinin də Avropaya uçuşuna qadağa qoyulacaq.
Avropa Birliyi həm də indidən aviaşirkətlərin təyyarələriylə bağlı monitorinqlərə başlayıb və hazırkı siyahı da bu monitorinqlərin nəticəsində tətbiq olunub.

Oxşar yazılar

Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56
"City Garden Narimanov" layihəsi daha bir uğura imza atıb
14 aprel 2025 , 16:57
"Unibank" 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb
14 aprel 2025 , 16:47
“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir
14 aprel 2025 , 15:09