Böyük Şor gölü ərazisində tədqiqat aparılır
Böyük idman kompleksinin tikilməsi nəzərdə tutulan ərazidə artıq 16 kəşfiyyat quyusu qazılıb
Bakıda Böyük Şor gölünün qurudulması istiqamətində intensiv iş aparılır. Lent.az-ın ARDNŞ-in rəsmi internet saytına istinadən yaydığı məlumata görə, ARDNŞ-in Geologiya və Topoqrafiya İdarəsi də həmin işlərə cəlb olunub və hazırda İdarənin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən ərazidə qrunt süxurlarının tərkibi və xüsusiyyətləri öyrənilir.
50 hektarlıq ərazidə 10 metr və daha artıq dərinlikdə 28 kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Daha 15 quyuda isə statistik araşdırmalar və süxurların kompleks laborator yoxlamaları aparılacaq.
Qurudulmuş ərazilərdə qazma işlərinə başlanılıb və artıq 16 geoloji quyu qazılıb. Qrunt nümunələri və monolitlər İdarənin stasionar geoloji-mühəndis laboratoriyalarında tədqiq ediləcək.
Geoloq və topoqrafların tədqiqatları müsbət nəticə verərsə, gələcəkdə Böyük Şor gölünün yerləşdiyi ərazidə ən müasir dünya standartları səviyyəsində böyük idman kompleksinin tikilməsi nəzərdə tutulub.

Oxşar yazılar

Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56
"City Garden Narimanov" layihəsi daha bir uğura imza atıb
14 aprel 2025 , 16:57
"Unibank" 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb
14 aprel 2025 , 16:47
“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir
14 aprel 2025 , 15:09