Qətər “Nabucco”ya qaz verəcək
Dünyada qaz ehtiyatlarına (8.5 trilyon kubmetr) görə üçüncü ölkə sayılan Qətərlə Türkiyə arasında qaz kəmərinin çəkilməsi, Qətərin “Nabucco” layihəsində iştirakı ilə bağlı şifahi razılaşma əldə edilib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, baş nazir Rəcəb Tayyib Ərdoğanla Türkiyədə səfərdə olan Qətər əmiri şeyx Hamad İbn Xəlifə Əl Tani arasında görüşdə hər iki tərəf bu layihədə maraqlı olduqlarını bəyanlayıb.
Qətər əmiri qaz kəmərinin çəkilməsinə müsbət yanaşdıqlarını söyləyib.
Qətər qazı Türkiyəyə 2 min 300 kilometr məsafəni keçərək gəlməlidir. Boru kəməri dəniz sularından keçməyəcəksə, quruda Səudiyyə Ərəbistanı, Küveyt və İraqdan keçməlidir. ABŞ İraq qazının da “Nabucco” layihəsiylə daşınmasını istəyir və bu baxımdan, Qətərdən gələcək kəmərin İraqdan keçməsi bu işi asanlaşdıracaq.
Dünən görüşlərdən sonra indiki mərhələdə Qətərin Türkiyəyə 4 milyard kubmetr maye qaz satmasıyla bağlı razılaşma imzalanıb. Maye qaz tankerlərlə daşınacaq.

Oxşar yazılar

Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56
"City Garden Narimanov" layihəsi daha bir uğura imza atıb
14 aprel 2025 , 16:57
"Unibank" 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb
14 aprel 2025 , 16:47
“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir
14 aprel 2025 , 15:09