Bakıda ev tikintisi üçün ilk torpaq hərracı keçiriləcək- EKSKLÜZİV
Gələn ay 19 şəhər və rayonda torpaq hərracı keçiriləcək
Sentyabrın ortalarında Azərbaycanın müxtəlif rayonlarında növbəti torpaq hərracı keçiriləcək. Artıq hərracların keçiriləcəyi yer, torpaq sahələrinin qiyməti və digər şərtlər barədə məlumatlar yerlərə göndərilib.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Lent.az-a bildiriblər ki, Biləsuvar, Qazax, Abşeron, Hacıqabul, Salyan, Ağcabədi, Balakən, Ağstafa, Samux, Gədəbəy Xaçmaz, Şamaxı, Tovuz, Lənkəran, Naftalan, Masallı və Cəlilabad rayonlarında keçiriləcək hərraclar sentyabrın 14-də start götürüləcək. Həmin rayonlarda ümumilikdə 92 torpaq sahəsinin hərrac yolu ilə satışa çıxarılması nəzərdə tutulur. Yerli bələdiyyələrin rayon torpaq şöbələrinə təqdim etdiyi sənədlərə əsasən, hərraca çıxarılacaq torpaqların əksəriyyəti fərdi mənzil tikintisi, digər qismi isə təsərrüfat məqsədləri üçün nəzərdə tutulub.
Komitədə deyirlər ki, gələn ay həmçinin ilk dəfə olaraq, Bakı şəhərində də torpaq hərracı keçiriləcək. Suraxanı rayonunun Hövsan bələdiyyəsinin satışa çıxardığı həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulub.
Sentyabrın ortalarında həmçinin Sumqayıt və Mingəçevir şəhərlərində də mənzil tikintisi üçün torpaq sahələri hərraca çıxarılacaq.
Elxan SALAHOV

1081