İğdır-Naxçıvan qaz kəmərinin inşası üzrə bütün xərcləri ARDNŞ öz üzərinə götürəcək
Gələn həftə şirkətin texniki qrupu Ankaraya səfər edəcək
İğdır-Naxçıvan qaz kəmərinin inşası üzrə bütün xərcləri ARDNŞ tərəflər arasında imzalanmış memoranduma əsasən öz üzərinə götürəcək. Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
“Azərbaycan və Türkiyə arasında imzalanan memoranduma əsasən, Türkiyə tərəfi qaz kəmərinin inşasına icazənin alınması və layihənin təsdiqlənməsi, ARDNŞ isə boru kəmərinin maliyyələşdirilməsi və inşası üzrə işləri öz üzərinə götürəcək” – deyə, abdullayev bildirib.
ARDNŞ prezidenti qeyd edib ki, gələn həftə şirkətin texniki qrupu Ankaraya səfər edəcək. Ankarada BOTAŞ şirkəti ilə qaz kəmərinin inşası, onun layihələndirilməsi və inşası üçün icazənin alınması məsələləri nəzərdən keçiriləcək. Qaz kəmərinin inşası Naxçıvanının enerji təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.
Hazırda Naxçıvana qaz svop əməliyyatları əsasında İrandan nəql edilir.

Oxşar yazılar

Dolların məzənnəsi dəyişə bilərmi? - CAVAB
14 aprel 2025 , 19:30
ABB 2025-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqladı
14 aprel 2025 , 18:51
“FarmHER” layihəsi uğurla başa çatıb
14 aprel 2025 , 18:35
"Kapital Bank" 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib
14 aprel 2025 , 17:56
"City Garden Narimanov" layihəsi daha bir uğura imza atıb
14 aprel 2025 , 16:57
"Unibank" 2025-ci ilin ilk rübünün maliyyə nəticələrini açıqlayıb
14 aprel 2025 , 16:47
“Azərsun Holdinq” ödənişli yay təcrübə proqramını elan edir
14 aprel 2025 , 15:09