Bakıda ilk dəfə mexaniki ekskalatorlu keçid tikilir
Yerüstü piyada keçidi yaxın iki ay ərzində istifadəyə veriləcək
“Azadlıq” prospektində daha bir yerüstü piyada keçidi tikilir. May ayında inşasına başlanmış yeraltı keçid indiyədək tikilmiş keçidlərlə müqayisədə bir çox parametrlərinə görə fərqlənəcək.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, piyada keçidin hər iki tərəfində ilk dəfə olaraq, mexaniki eskalator quraşdırılacaq. Bu isə o deməkdir ki, eskalator adi qaydada fəaliyyət göstərməyəcək və yalnız piyada eskalatora yaxınlaşdığı təqdirdə bu qurğu işə düşəcək.
Pünhan Mürsəliyev deyib ki, keçidin tikildiyi yerdə betonlaşdırma işləri və kommunikasiya xətlərinin köçürülməsi artıq başa çatıb. Yaxın günlərdə montaj işlərinə start veriləcək. Onun sözlərinə görə, uzunluğu 60, eni 5, hündürlüyü isə 5,1 metr olan piyada keçidinin yaxın ay ərzində istifadəyə verilməsi planlaşdırılır.
Elxan SALAHOV

Oxşar yazılar

Mingəçevirdə vətəndaşların sualları yerindəcə cavablandırıldı - FOTO
11 avqust 2022 , 19:51
Şuşada qadağan olunan sahibkarlıq fəaliyyəti - SİYAHI
11 avqust 2022 , 19:15
Rusiyanın neft gəlirləri çökdü
11 avqust 2022 , 17:52
“Azəri̇qaz”da media və QHT nümayəndələri ilə GÖRÜŞ OLACAQ
11 avqust 2022 , 15:34
“Moody’s” agentliyi "Kapital Bank"ın reytinqlərini yüksəldib®
11 avqust 2022 , 10:51Heydər Əliyev Beynəlxalq Aeroportunda işığın kəsilməsindən YENİ XƏBƏR
11 avqust 2022 , 09:27
Hər kəsin uzun zamandır gözlədiyi təqdimat: “Samsung” növbəti dəfə təəccübləndirdi®
10 avqust 2022 , 18:44