Valyuta ehtiyatımız 16 faiz azalıb
2009-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi 961,4 milyon dollar azalıb. Bu, 2009-cu il yanvarın 1-ə olan göstəricilərlə müqayisədə 15,6 faiz aşağıdır.
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, hazırda Mərkəzi Bankın valyuta ehtiyatı 5 milyard 175 milyon dollar təşkil edir. 2009-cu ilin yanvar ayının 1-i tarixinə valyuta ehtiyatının həcmi 6 milyard 137 milyon dollar olsa da, yola saldığımız il ərzində azalma müşahidə edilib. Belə ki, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda valyuta ehtiyatı 5,5 milyon dollar azalıb. Halbuki 30 noyabr 2009-cu il tarixinə Bankın valyuta ehtiyatı 5 milyard 181,1 milyon dollar təşkil edib.
Xatırladaq ki, Mərkəzi Bankın valyuta ehtiyatı 2008-ci ilin dekabrın 31-də ən yüksək həddə - 6137 milyon dollara çatmışdı. Ötən ilin iyul ayında isə bankın valyuta ehtiyatı ən aşağı həddə - 4 milyard 787 milyon dollara düşmüşdü.
Elxan SALAHOV

796