Türkiyənin Azərbaycandan aldığı qazın qiyməti açıqlanıb
05 yanvar 2010 18:45 (UTC +04:00)

Türkiyənin Azərbaycandan aldığı qazın qiyməti açıqlanıb

Türkiyənin Azərbaycandan aldığı qazın qiymətinə 2010-cu ilin fevral ayında yenidən baxılacaq.


APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Türkiyənin “Zaman” qəzeti məlumat yayıb.


Məlumata görə, Türkiyənin “BOTAŞ” şirkəti Azərbaycandan 1 min kubmetri 120 dollara qaz aldığı dövrdəki qiymət fərqini aradan qaldırmaq üçün 2010-cu ilin ilk aylarında qazı 399 dollara alacaq. İlin ortası və sonunda isə qiymət 230-280 dollar arasında dəyişəcək.


“Zaman” qəzeti Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldıza istinadən bildirir ki, Azərbaycana qazın qiymət fərqinin ödənməsi 600 mln. dollar əlavə məsrəf tələb edir. Qəzetin yazdığına görə, “BOTAŞ”ın xərcləri azaltmaq üçün ucuz Azərbaycan qazı alması Türkiyəyə baha başa gəlib. Belə ki, şirkət 2008-ci ildə bahalı İran qazı əvəzinə Azərbaycan qazı almağa üstünlük verib. Buna səbəb Sivas kompressor stansiyasının tam gücü ilə işləməməsi olub.


“BOTAŞ” rəhbərliyi problemi aradan qaldıra bilmədiyindən, 2007-2008-ci illərdə İran qazı əvəzinə Azərbaycan qazı almaq məcburiyyətində qalıb. Üstəlik, ala bilmədiyi qaz üçün İrana 704 mln. dollar ödəməli olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617

Oxşar yazılar