Hakimi döyə-döyə öldürdülər
12 mart 2014 14:16 (UTC +04:00)

Hakimi döyə-döyə öldürdülər

Qanalı laynsman Kvame Ando Kyey azarkeşlər tərəfindən döyüldükdən sonra aldığı zədələrdən ölüb. Lent.az-ın “GhanaWeb”ə istinadən məlumatına görə, hadisə ölkə çempionatının ikinci divizionunda “Qold Starz” və Naa Co Yunayted” komandaları arasındakı oyun zamanı baş verib.

 

Hakim əvvəlcə xəstəxanaya müraciət etsə də, martın 7-də evində ölüb. Yerli polis Qana Futbol Federasiyası ilə  birgə araşdırmalara başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1681

Oxşar yazılar