Oktyabrın 6-da Premyer Liqanın 7-ci turunun oyununda "Aston Villa" "Mançester Yunayted"i qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ötən mövsüm komandanın baş məşqçisi Erik ten Haq Premyer Liqanın yeddi turundan sonra “Mançester Yunayted”in topladığı ən az xalla antirekordu təkrarlayıb – 9. Bu mövsüm hollandiyalı onu yeniləyib – 8.
Mankunianlılar 8 xalla Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.