Ten Haq istefa verir,  yerinə namizəd də var
04 oktyabr 2024 10:14 (UTC +04:00)

Ten Haq istefa verir, yerinə namizəd də var

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq istefa verə bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Mançester Yunayted” artıq ten Haqın yerinə prioritet namizəd müəyyənləşdirib. O, hazırda işsiz olan alman mütəxəssis Tomas Tuçeldir. Tuçelin Premyer Liqaya qayıtmaq istədiyi və İngiltərə futbolunun onun məşqçiliyinə ehtiyac duyduğu da qeyd olunur.

Xatırladaq ki, ten Haq mankunianlıların baş məşqçisi postuna 2022-ci ilin yayında təyin olunub. Bu müddətdə hollandiyalı mütəxəssis iki kubok qazanıb: İngiltərə Kuboku və İngiltərə Liqa Kuboku.

Hazırda "Mançester Yunayted" İngiltərə çempionatının turnir cədvəlində 13-cü yerdədir. Erik ten Haqın komandası altı görüşdən sonra yeddi xal toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Oxşar yazılar