Şotlandlar Münhenə gəldi: barlardan birində pivə qurtardı
14 iyun 2024 14:47 (UTC +04:00)

Şotlandlar Münhenə gəldi: barlardan birində pivə qurtardı

Almaniyada keçiriləcək Avropa Çempionatına şotlandiyalı azarkeşlərin gəlişindən sonra Münhendəki barlardan birində pivə qurtarıb. 

Lent.az bildirir ki, bu barədə Fransanın məşhur RMC Sport internet nəşri məlumat yayıb.

Xatırladaq ki, Şotlandiya millisi bu gün, iyunun 14-də 2024-cü il Avropa çempionatının açılış oyununda Almaniya millisi ilə qarşılaşacaq. Münhendəki "Allians Arena" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

Hər iki komanda Macarıstan və İsveçrə milliləri ilə A qrupunda yer alıb. Almaniya millisi üç dəfə (1972, 1980 və 1996) Avropa çempionatını qazanıb. Ümumilikdə almanlar altı dəfə turnirin həlledici oyununa çıxıblar. Avropa çempionatının hazırkı qalibi finalda İngiltərə yığmasına penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn İtaliya komandasıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581
avatar

Oxşar yazılar