Şəhərdə "Lamborghini" ilə gəzən  "F-1" pilotu həbs olundu
02 sentyabr 2025 18:04 (UTC +04:00)

Şəhərdə "Lamborghini" ilə gəzən "F-1" pilotu həbs olundu

0

Keçmiş “Formula-1” pilotu Tarso Markes Braziliyada həbs edilib.

Lent.az xəbər verir ki, sürücü “lüks sinif avtomobilinə qanunsuz sahib olmaq”da ittiham olunaraq saxlanılıb. O, San-Pauluda dövlət nömrə nişanları olmayan “Lamborghini Gallardo” sürürmüş.

Polis Markesi saxlayıb və sənədlərin adi yoxlanışı zamanı hüquq-mühafizə orqanları müəyyən ediblər ki, Tarso hələ də həmin avtomobilə görə borcunu ödəməyib. Borcun məbləği 239 min ABŞ dolları təşkil edib. İdmançı həbs olunub, lakin onu hansı prosedurların gözlədiyi açıqlanmayıb.

Markes “kral yarışlarında” 1996, 1997 və 2001-ci illərdə çıxış edib. O, məşhur ispan Fernando Alonsonun Minardi komandasında ilk komanda yoldaşı olub. Alonso 2001-ci ildə “Formula-1”də debüt edib və şəxsi hesabda Tarsodan aşağı nəticə göstərib: Markes həmin mövsümdə iki dəfə doqquzuncu yeri tutmuşdu, Alonso isə yalnız bir dəfə 10-cu yeri qazanmışdı ki, bu da onun maksimum nəticəsi idi.

Bundan sonra Markes “F-1”i tərk edib, Alonso isə karyerasını davam etdirərək “Renault” sükanı arxasında ikiqat dünya çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 652

Oxşar yazılar