"Barselona"dan ayrılmağa hazırlaşan İlkay Gündoğan keçmiş komandası "Mançester Siti" ilə anlaşıb.
Lent.az bildirir ki, "The Athletic"də çıxan xəbərə görə, İlkay Gündoğan "Barselona"dan pulsuz ayrılacaq və "Mançester Siti" ilə 1+1 illik müqavilə imzalayacaq.
Bildirilib ki, Pep Qvardiola onun dönüşünə yaşıl işıq yandırdıqdan sonra təcrübəli yarımmüdafiəçi ilə danışıqlarda razılıq əldə olunub.
İlkay Gündoğan 2016-2023-cü illərdə “Mançester Siti”də çıxış edib və İngiltərə klubunda 304 oyunda 60 qol vurub, 38 məhsuldar ötürmə edib.
2023-cü ildə müqaviləsi başa çatandan sonra "Barselona"ya imza atan 33 yaşlı futbolçu Kataloniya təmsilçisində 51 oyunda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.