Çempion “Liverpul”un müdafiəçisi gələcəyi haqda  DANIŞDI
29 aprel 2025 09:40 (UTC +04:00)

Çempion “Liverpul”un müdafiəçisi gələcəyi haqda DANIŞDI

“Liverpul”un mərkəz müdafiəçisi İbrahima Konate gələcəyi ilə bağlı danışıb.
 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fransız müdafiəçi yeni müqavilə ilə bağlı suala konkret cavab verməkdən imtina edib.

"Yeni müqavilə? Bu, klubla müzakirə ediləcək bir məsələdir, görərik", - Konate deyib. 

25 yaşlı fransızın "Liverpul"la müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Konate bu mövsüm 39 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar