Poqba "Monako" ilə müqavilə imzaladı
28 iyun 2025 21:52 (UTC +04:00)

Poqba "Monako" ilə müqavilə imzaladı

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba "Monako" klubu ilə müqavilə bağlayıb.

Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 30 iyun 2027-ci ilədək qüvvədə olacaq.

Xatırladaq ki, 2024-cü ilin fevralında Poqba dopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmışdı.

Lakin oktyabrda Beynəlxalq İdman Arbitraj Məhkəməsi bu cəzanı sentyabr 2023-dən etibarən sayılmaqla 18 aya endirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258

Oxşar yazılar