“Panathinaikos”da Fatih Terim  qərarı
16 aprel 2024 17:54 (UTC +04:00)

“Panathinaikos”da Fatih Terim qərarı

"Panatinaikos"un prezidenti Giannis Alafouzos, liqa sıralamasından asılı olmayaraq Fatih Terimlə davam edəcək. Yeni mövsüm üçün hazırlıq düşərgənin proqramı müəyyənləşib. Transfer işlərinə start verilib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Yunanıstanın nəhəng klublarından olan "Panatinaikos"u çalışdıran Fatih Terimlə bağlı vacib proseslər yaşanır. 

Milli komanda və “Qalatasaray”la qazandığı uğurlarla əfsanəyə çevrilən təcrübəli çalışdırıcı növbəti mövsüm üçün planlar qurmağa başlayıb.

Uğurlu məşqçinin "Panatinaikos"un prezidenti Cannis Alafouzos ilə görüşdüyü və növbəti mövsüm üçün planlar qurmağa başladığı öyrənilib.

Terim bu mövsüm liqa sıralamasından asılı olmayaraq Yunanıstan komandasında işləməkdə davam edəcək.

Fatih Terim yeni mövsüm üçün hazırlıq düşərgəsi yerini təyin edib və Avstriya ilə bağlı qərar verilib. Terimin siyahısına uyğun olaraq növbəti mövsüm üçün oyunçu axtarışları başlanıb.


 

# 7953
avatar

Oxşar yazılar