Argentinalı futbolçu futbol tarixini yazmağa davam edir
Lionel Messi son uğurundan sonra cərimə zərbəsindən vurduğu qolların sayına görə üçüncü yerə yüksəlib. Onun 66-cı zərbəsi "İnter Mayami"nin MLS-də 3-2 hesablı qələbəsi ilə başa çatan çempion “Kolambus Kryu” üzərində olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ilk yarıya əlavə edilmiş vaxtda qol vuraraq, səkkiz dəfə “Qızıl top”un qalibi argentinalı superulduzla eyni sayda cərimə zərbəsi vuran Ronaldinyo və Viktor Leqrotaleyə çatıb,
Messi əhəmiyyətli bir mərhələyə çatsa da, Juninyo Pernambukano hələ də bu nüfuzlu kateqoriyaya 77 cərimə zərbəsi ilə rəhbərlik edir. Braziliyalı bu mövqelərdən əsl zərbə ustası hesab olunur.
Karyerasının çox hissəsini texniki cəhətdən parlaq bir oyunçu kimi şöhrət qazandığı “Lion”da keçirib, hər hansı bir standart vəziyyəti qol vurma fürsətinə çevirə bilib. Dəqiqliyi və ardıcıllığı misilsiz olub. Bənzərsiz üslubu ilə qapıçılara böyük problemlər gətirib, çünki zərbələrindən sonra top gözlənilməz bir trayektoriya ilə gedib.
Ancaq Juninyonun futbola təsiri yalnız öz uğurları ilə məhdudlaşmır. Kriştiano Ronaldo və Andrea Pirlo da daxil olmaqla bir çox ulduz futbolçu texnikasının elementlərini mənimsəmiş və bacarıqlarından ilham alıb. Sərbəst zərbə vurmaq bacarığını növbəti səviyyəyə qaldırıb və mirası futbol mədəniyyətini formalaşdırmağa davam edir.
İlk onluq belədir:
1. Juninyo - 77 cərimə zərbəsi qolu
2. Pele - 70
3. Messi - 66
4. Leqrotale - 66
5. Ronaldinyo - 66
6. Bekhem - 65
7. Kriştiano Ronaldo - 64
8. Maradona - 62
9. Ziko - 62
10. Ronald Kuman - 60