"Keşlə" argentinalı futbolçunu transfer etdi
11 yanvar 2022 14:43 (UTC +04:00)

"Keşlə" argentinalı futbolçunu transfer etdi

“Keşlə” qış fasiləsində ikinci transferini rəsmiləşdirməyə hazırlaşır.

Lent.az Apasport.az saytına istinadla bildirir ki, paytaxt klubu müdafiəçi Franko Floresi yenidən heyətinə cəlb edib.

29 yaşlı argentinalı bu gün Bakıya gələrək, mövsümün sonuna qədər sözləşmə imzalayacaq. Bununla mərkəz müdafiəçisi 2020-ci ilin sonlarında ayrıldığı “Keşlə”nin təlim-məşq toplanışına qatılacaq.

Komanda qış hazırlığını paytaxtda keçirəcək. Komanda yanvarın 18-də və 24-də toplanışını Bakıda keçəcək digər komanda “Səbail”lə yoxlama görüşündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, dövrələrarası fasilədə Azər Salahlı, Anatole Abanq, Con Kamara, Omar Qudiabi və Nicat Qurbanovla yollarını ayıran “Keşlə” hələlik yalnız Fəhmin Muradbəylini “Neftçi”dən icarəyə götürüb.

# 1140
avatar

Oxşar yazılar