Harri Kasparov
21 may 2022 13:18 (UTC +04:00)

Harri Kasparov

Kasparov Rusiyada "xarici agent" elan edildi

Məşhur bakılı şahmatçı Rusiyada “xarici agent” elan edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, eks-dünya çempionu, Rusiyanın 2013-cü ildən mühacirətdə olan müxalifət liderlərindən biri Harri Kasparov və sahibkar Mixail Xodorkovski Rusiyada “xarici agent” elan edilib.

Məlumata görə, Kasparov və Xodorkovski siyasi fəaliyyətə görə “xarici agent” siyahısında daxil edilib. İddialara görə, Xodorkovski Ukrayna ilə, Kasparov isə Amerika İnsan Haqları Fondu ilə əlaqədədir.

Məlumat üçün bildirək ki, “xarici agentlər”in siyahısında Kasparov və Xodorkovskidən başqa, telejurnalistlər Yevgeni Kiselev və Matvey Qanapolski, müxalifətçi Aleksey Navalnının şəriki Leonid Volkov, siyasətçi Vladimir Kara-Murza və reper Əlişir Morqenştern də yer alır.

Xatırladaq ki, Kasparov Ukraynada müharibə başlayandan bəri Rusiya lider Putin haqqında kəskin fikirlər səsləndirib. 
 

# 2733
avatar

Fidan İlqar

Oxşar yazılar