Goal.com portalı futbol tarixindəki əsas transfer uğursuzluqlarının reytinqini tərtib edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, müəlliflər fransalı vinger Usman Dembelenin 2017-ci ildə Dortmund "Borussiya"sından "Barselona"ya transferini birinci yerə qoyublar. O zaman kataloniyalılar futbolçu üçün 135 milyon avro ödəyib.
Nəticədə Dembele "Barselona"nın heyətində 185 oyun keçirib, 40 qol vurub və 43 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən yay Fransaya qayıdıb və "Barselona"dan PSJ-yə keçib.
Bundan əlavə, ilk üçlüyə La Liqadan daha iki transfer daxil olub: ikinci yerdə Eden Hazardın “Çelsi”dən “Real”a transferi (120 milyon avro, 2019), üçüncü yerdə isə “Liverpul”dan “Barselona”ya Filip Koutinyo (135 milyon avro, 2018) qərarlaşıb.
“Goal”ın versiyasına görə tarixin ən uğursuz transferləri:
1. Usman Dembele (Fransa) - "Borussiya” Dortmunddan "Barselona"ya, 135 milyon avro (2017)
2. Eden Hazard (Belçika) – “Çelsi”dən “Real”a, 120 milyon avro (2019)
3. Filipp Koutinyo (Braziliya) - "Liverpul"dan "Barselona"ya, 135 milyon avro (2018)
4. Pol Poqba (Fransa) - "Yuventus"dan "Mançester Yunayted"ə, 105 milyon avro (2016)
5. Romelu Lukaku (Belçika) - "İnter"dən "Çelsi"yə, 113 milyon avro (2021)
6. Joao Feliks (Portuqaliya) – “Benfika”dan “Atletiko”ya, 127 milyon avro (2019)
7. Nikolya Pepe (Fildişi Sahili) – “Lill”dən “Arsenal”a, 80 milyon avro (2019)
8. Harri Maquayr (İngiltərə) – “Lester”dən “Mançester Yunayted”ə, 87 milyon avro (2019)
9. Antuan Qrizmann (Fransa) - "Atletiko"dan "Barselona"ya, 120 milyon avro (2019)
10. Alvaro Morata (İspaniya) - "Real"dan "Çelsi"yə, 66 milyon avro (2017)