DÇ-2022: Fransa 1/4 finalda, futbolçular tarixə düşdü
04 dekabr 2022 21:09 (UTC +04:00)

DÇ-2022: Fransa 1/4 finalda, futbolçular tarixə düşdü

Qətərdə keçirilən futbol üzrə mundialda bu gün daha bir 1/4 finalçının adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, mundialın 1/8 final mərhələsində 2 Avropa komandası üz-üzə gəlib.

Son dünya çempionu Fransa Polşa ilə qarşılaşıb. Fransa 1982-ci il İspaniyada keçirilmiş mundialın 3-cü yer uğrunda matçında 2:3 uduzduğu Polşadan revanş alaraq 1/4 finala vəsiqə qazanıb.

Fransa millisinin futbolçusu Olivye Jiru dünya çempionatının 1/8 finalında Polşaya qol vurmaqla tarixə düşüb.

36 yaşlı hücumçu 44-cü dəqiqədə fərqlənməklə millidə 52-ci qolunu vurub. 

Bu göstərici ilə o, 51 qol vurmuş Tyeri Anrini qabaqlayaraq Fransa millisinin ən sərrast futbolçusu olub. Jiru hazırda 3 qolla mundialın da ən sərrast 7 futbolçusundan birinə çevrilib.

Bundan başqa, Antuan Qrizmann Fransa millisinin ardıcıl 71 matçında forma geyinən ilk futbolçu adını qazanıb. O, 2017-ci ildən etibarən Fransa millisinin bütün oyunlarında iştirak edib.

Dünya çempionatı-2022
1/8 final
19:00 Fransa – Polşa - 3:1
Qol: 
Olivye Jiru, 44. Kilian Mbappe, 74, 90+1 – Robert Levandovski, 90+9 (penalti)

# 2727
avatar

Oxşar yazılar