Uruqvay milli çempionatı Libertadores Kubokunda baş verən insident səbəbindən dayandırılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Braziliyanın "San Paulo" klubu ilə oyunda müdafiəçi Xuan İzkyerdo huşunu itirdiyi üçün reanimasiyaya yerləşdirilib.
"Xuan İzkyerdonun səhhətinin ağır olmasını nəzərə alaraq, bu həftəsonu üçün planlaşdırılan peşəkar futbol fəaliyyətlərini dayandırmaq qərarını açıqlayırıq. Bizim prioritetimiz Xuanın rifahını təmin etməkdir və biz hadisələri yaxından izləyəcəyik. Tam dəstək və həmrəyliyimizi bildiririk. Futbolçunun ailəsi və onlara lazım olan hər cür yardımı göstərməyə hazırıq”, - ölkənin futbol federasiyası sosial şəbəkədə bildirib.
Meydanda huşunu itirən futbolçuya ürək ritminin pozulması diaqnozu qoyulub.